"Flydubai" təyyarəsinin qaçırılması ilə bağlı yeni detallar üzə çıxdı
“Flydubai” aviaşirkətinə aid təyyarənin qaçırılması ilə bağlı yeni məlumatlar açıqlanıb. Təyyarənin ikinci pilotunun bu hadisədə təkbaşına hərəkət etdiyi ehtimal edilir.
Minval.info xəbər verir ki, CNN telekanalının məlumatına əsasən, beynəlxalq müstəntiqlər bu hadisənin motivlərini araşdırmağa davam edirlər. Lakin İsrailin rəsmi şəxsi istintaqın ilkin nəticələrinə istinad edərək, təyyarəni qaçırmaq cəhdində şübhəli bilinən şəxsin təkbaşına hərəkət etdiyini bildirib.
Sentyabrın 30-da baş verən hadisə zamanı “Flydubai” aviaşirkətinə məxsus təyyarə qaçırılma siqnalı verib və radarlardan itmişdi. Təyyarə sonradan Səudiyyə Ərəbistanında təcili eniş edərək dayandı. İlkin məlumatlara görə, ikinci pilot təyyarəni qəza vəziyyətinə salmağa çalışıb, lakin kapitanın müdaxiləsi ilə bu plan baş tutmayıb. Hadisə nəticəsində kapitan ciddi yaralanıb.
Sərnişinlərin dəstəyilə hücumçu zərərsizləşdirilib. İsrail hakimiyyəti bu hadisənin terror aktı ola biləcəyini də istisna etmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında Jazan bölgəsində təhlükə aradan qalxdı
Bakıda istilik problemi: magistral xətdə axıntı, binada ventil oğurluğu
İraqda qaz kəmərində partlayış: Dörd nəfər öldü, çox sayda yaralı var
8 bala yaxın dəhşətli zəlzələ İndoneziyanı silkələdi
İİTKM-in hüquqşünası Nigar Hafizqızı dünyasını dəyişdi
Meksikada 5 milyon dollarlıq narkobaron saxlanıldı
Çoxmərtəbəli yaşayış binalarında təlim keçirildi