Flydubai təyyarəsində ikinci pilotun təhlükəli planı aşkarlandı
“Flydubai” hava yollarına aid sərnişin təyyarəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Təyyarənin ikinci pilotu istintaqa verdiyi ifadədə İsraildə təyyarəni yerə çırpmaq niyyətində olduğunu etiraf edib.
Minval.info xəbər verir ki, bu barədə “ABC News” telekanalı tərəfindən yayılan məlumatlarda istintaqın gedişi ilə əlaqədar mənbələrdən alınan xəbərlərə istinad edilib. İkinci pilotun şəxsiyyəti müəyyən edilib və onun Suriya-Oman əsilli, 29 yaşlı Oman vətəndaşı Hamam əl-Hammami olduğu bildirilib.
Hadisə sentyabrın 3-də Dubaydan Təl-Əvivə uçan reys zamanı baş verib. İkinci pilot göyərtənin komandirinə hücum edərək təyyarənin idarəetməsini ələ keçirməyə çalışıb. Bu hücum zamanı təyyarə qısa müddət ərzində 4.5 kilometr hündürlük itirmiş, lakin fəlakətin qarşısı alınıb.
BƏƏ-nin baş prokuroru Hamad Seyf əl-Şəmsinin bəyanatına görə, bu hadisə terror aktı cəhdi kimi qiymətləndirilib. Xoşbəxtlikdən sərnişinlərin müdaxiləsi ilə hücumçu zərərsizləşdirilib və təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təcili eniş edib.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Xilasetmə təyyarəsi sərnişinləri Təl-Əvivə çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sərnişin avtobusu aşıb: hadisənin təfərrüatları
"Flydubai" pilotunun etirafı: Təyyarəni İsraildə yerə çırpmaq istəmişəm
Sərnişin Bakı metrosunda dünyasını dəyişdi
Bakı metrosunda ölüm hadisəsi baş verib
Girit adasında güclü yağış fəsadlar yaratdı
Newcastle-da avtomobil izdihama çırpıldı: iki nəfər ağır vəziyyətdə