Əflatun Amaşov Yerevanda məscidə getdi - FOTOLAR
Ermənistanın paytaxtı Yerevan şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilib.
Noyabrın 29-dək davam edən sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb.
QDİƏT-in Parlament Məclisinin 52-ci sessiyasında Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak edib.
Yerevan səfərindən istifadə edən Əflatun Amaşov bu qədim tarixi torpağımızda yerləşən Göy Məscidə baş çəkib. Onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyev müşayiət edib.
Əflatun Amaşov məscidin bugünkü durumunu əks etdirən fotoları sosial şəbəkədə də paylaşıb.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi