04.09.2026 - 11:25
Hadisə 18 baxış

Filippində sel sularında üzən piton qorxu saçdı

Filippinin Olonqapo şəhərində sel sularında üzən iri piton ilanı yerli əhali arasında narahatlıq yaradıb. Böyük ilanın sel sularında hərəkət etdiyi anlar şəhər sakini Con Marlon tərəfindən lentə alınıb. Videoda ilanın suyun içində üzərək irəlilədiyi və bəzi sakinlərin qorxu içində qışqırdığı görünür.

Minval.info xəbər verir ki, pitonun sel sularından xilas olmaq üçün evlərə girməyə çalışdığı da müşahidə edilib. Olonqapoda Cənub-Qərb mussonunun gətirdiyi fasiləsiz yağışlar və yüksək qabarma səbəbindən suyun səviyyəsi bəzi ərazilərdə normadan xeyli yüksəlib. Şəhərdə çayların səviyyəsinin kritik həddə çatdığı barədə xəbərdarlıqlar verilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: