FİFA-nın planları pozuldu: Futbol satılmır
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) mediada yayımlanan yanlış məlumatların, təşkilatın planlaşdırdığı məsləhətləşmə prosesini pozduğunu açıqlayıb.
FİFA-nın mətbuat xidməti tərəfindən verilən bəyanatda, “Forward Enterprise” layihəsinin yalnız FİFA-nın üzv assosiasiyalarının futbolun kommersiya məqsədli istismarında real paya sahib olmalarını təmin etmək məqsədilə irəli sürüldüyü bildirilib. Təşkilat, futbolun satılmadığını vurğulayıb.
İyulun 28-də FİFA prezidenti Canni İnfantinonun yeni bir şirkət yaradaraq, səhmlərinin 20-30%-ni investorlara satmağı düşündüyü barədə xəbərlər yayılmışdı. Potensial investorlar arasında amerikalı sahibkar Coşua Kuşnerin “Thrive Eternal” fondu da yer alırdı.
Toplanan vəsaitin, milli futbol assosiasiyalarına ödənişlərin artırılması üçün istifadə ediləcəyi planlaşdırılırdı. Lakin bu ideya sərt tənqidlərə məruz qaldı.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tevesin birlikdə oynadığı ən yaxşı futbolçu: nə Messi, nə də Ronaldo
Messinin “Barsa”ya tövsiyə etdiyi istedad 4 nəhəngin hədəfində
Lionel Messinin karyerası ilə bağlı yeni iddialar
Bakıda FIFA U-15 dünya çempionatının qalibi müəyyənləşəcək
Dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub
Arsenal Liqa Kubokunda zəif Fleetwood Town-a məğlub oldu
İsmail Kartal yenə istefa verdi