FHN SOCAR-da yanğın-taktiki təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhərində yerləşən SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin Abşeron İstehsalat Bölümündə yanğın-taktiki təlim təşkil edib. Təlimin əsas məqsədi strateji əhəmiyyətli obyektlərdə yanğın baş verdikdə yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək və şəxsi heyətin peşəkar bacarıqlarını artırmaq olub.
Minval.info xəbər verir ki, təlimdə FHN-in yerli strukturlarının müvafiq qüvvələri, Neft Təhvili Sahəsinin əməkdaşları, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları iştirak ediblər. Təlim zamanı şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri “təhlükəli ərazidən” işçilərin təxliyəsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “yaralıların xilas edilməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib