31.08.2026 - 21:12
Hadisə 22 baxış

FHN-dən xəbərdarlıq: Hava şəraiti pisləşir!

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə mühüm xəbərdarlıq edib. Nazirlik bildirir ki, hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ayrı-ayrı bölgələrdə intensiv yağış, arabir güclənən külək və şimşək çaxması qeydə alınır. Bu cür hava şəraitinin sabaha qədər davam edəcəyi proqnozlaşdırılır.

Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. İntensiv yağıntılar səbəbindən bəzi çaylarda sel və daşqın təhlükəsi mövcuddur. Bu səbəbdən təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə ilə üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Xilasedicilərin çağırış və tövsiyələrinə əməl etmək vacibdir.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edilir. Kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmamalıdırlar. İldırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: