FHN Bilgəhdə fövqəladə təlim keçirdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Bilgəh Kardioloji Sanatoriyasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim təşkil edilib.
Minval.info xəbər verir ki, təlimin keçirilməsində məqsəd sanatoriyanın kollektivinə fövqəladə hallar, xüsusilə yanğın zamanı davranış qaydalarının öyrədilməsi və bu kimi obyektlərdə yanğından mühafizə bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi olub. Təlim iki hissədən ibarət idi: nəzəri və praktiki. Nəzəri hissədə sanatoriya işçilərinə fövqəladə hallar və yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Praktiki hissədə isə şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri operativ şəkildə hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım” göstərilib və şərti yanğın qısa müddətdə “söndürülüb”. Təlimdə ümumilikdə 24 nəfər şəxsi heyət və 3 ədəd texnika iştirak edib. Təlimin sonunda əldə edilən nəticələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib