Fevralda Avropanın bəzi şəhərlərinə aviareyslər olmayacaq- SƏBƏB
“Azərbaycan Hava Yolları” QSC (AZAL) fevral ayı ərzində Avropanın bir sıra şəhərlərinə – Berlin, Paris və Milana birbaşa aviareyslərin həyata keçirilməməsinin səbəbini açıqlayıb.
Minval.İnfo xəbər verir ki, AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, Avropa istiqamətində uçuşlar təxirə salınmayıb.
“Sadəcə, əvvəlki illərdə olduğu kimi, qış qrafikinə uyğun olaraq bir neçə istiqamətdə uçuşlar planlaşdırılmayıb. Hava nəqliyyatı sahəsində fevral ayı ən passiv dövr hesab edilir və bu dövrdə bir çox hava yolları şirkəti müəyyən istiqamətlərə uçuşlarını yerinə yetirmir”, – deyə P.Kəsəmənski vurğulayıb.
Qurum rəsmisi onu da əlavə edib ki, öncədən fevral ayı üçün planlaşdırılmadığından gələn ay üçün bilet alan sərnişin olmayıb.
Qeyd edək ki, bəzi KİV-də AZAL aviaşirkətinin əsas Avropa istiqamətlərinə, Berlinə, Parisə, Milana fevralda birbaşa reyslərin planlaşdırılmadığı barədə məlumatlar yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib