Fermerlərə dövlət dəstəyi: Süd qiymətində razılıq əldə edildi
Azərbaycanda bir fermer, ona məxsus südün litrinin 15 qəpiyə alındığını bildirərək, bu qiymətin çəkilən xərcləri qarşılamadığını iddia edib. Fermer, südün maya dəyərinin üzərinə əlavə edilərək 5 manata satıldığını və bu vəziyyətin ədalətsiz olduğunu vurğulayıb. O, südün litrinin ən azı 1 manata alınmasını təklif edib.
Minval.info xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban, fermerin bu məsələ ilə bağlı video paylaşdığını və artıq razılaşmanın əldə edildiyini bildirib. Onun sözlərinə görə, dövlət tərəfindən fermerlərə dəstək göstərilməsi planlaşdırılır.
Ramin Qurban əlavə edib ki, nazirlik iyun ayında südə dövlət dəstəyi ilə bağlı açıqlama verib və Subsidiya Şurasının iclasında fermerlərə hansı həcmdə dəstək veriləcəyi ilə bağlı dəqiq qərar qəbul ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib