Fazil Mustafa: “Azərbaycanda ciddi struktur islahatlarına başlanılmalıdır”
Deputat Fazil Mustafa plenar iclasdakı çıxışında son həbslərdən bəhs etdi.
“Bu yaxınlarda tibb işçiləri və icra başçısı həbs edildi. Niyə icra başçıları bundan örnək götürmürlər?”, – deyə sual edən F.Mustafa əlavə etdi ki, Azərbaycanda ciddi struktur islahatlarına başlanılmalıdır: “Əsas məsələ sistemə yeni yanaşma ilə bağlıdır”.
Deputat qeyd etdi ki, hansısa rayonda icra başçısının qanunsuz hərəkətlərinə etiraz edən polis, prokurorluq, məhkəmə görə bilmərik, bu, mümkün deyil. “Ona görə də biz səlahiyyət məsələsinə yenidən baxmalıyıq”.
F.Mustafa bələdiyyə institutu ilə bağlı təklif verdi: “Biz Azərbaycanda ciddi struktur islahatlarına başlamalıyıq. Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır. Bununla bağlı da seçki keçirilməlidir. Siyasi partiyalar da bu seçkilərdə iştirak etsinlər”.
Deputat qeyd etdi ki, proparsional sistem əsasında siyasi partiyaların seçkilərdə iştirakı təmin olunmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi