Fatih Terim yenidən "Qalatasaray"ın baş məşqçisi ola bilər
Fatih Terim yenidən Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi ola bilər.
“Report” “Milliyet”ə istinadən xəbər verir ki, təyinatın İstanbul təmsilçisində yeni prezident seçkilərindən sonra gerçəkləşmə ehtimalı var.
İdarə Heyətinin üzvləri sırasında yer alan sabiq prezident Dursun Özbek ve sabiq vitse-prezident Abdurrahim Albayrak növbəti seçkiyə bir namizədlə çıxmağı qərara alıblar. Onlar baş məşqçi postunda 69 yaşlı mütəxəssisi görmək istəyirlər.
Qeyd edək ki, “Qalatasaray” klubunda prezident seçkiləri aprelin 23-də gerçəkləşəcək. Burada kifayət qədər səs çoxluğu olmasa, seçki aprelin 30-da davam edəcək.
Fatih Terim 1996 – 2000, 2002 – 2004, 2011 – 2013 və 2017 – 2021-ci illərdə “Qalatasaray”a rəhbərlik edib. Hazırda “sarı-qırmızılar”ın baş məşqçisi ispaniyalı Domenek Torrendir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş nazirdən qərar: Müddət noyabrın 1-dək uzadıldı
Ramiz Əzizbəyli COVID-19-a yoluxub, xəstəxanaya yerləşdirilib
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Arsenal"ı darmadağın edib
Əməliyyat zamanı Vasifin bədənindən 6 qəlpə çıxarılıbmış
Novruzda əfv olacaq - Komissiya bu gün ilk iclasa toplaşır
Ağdam istiqamətində döyüşlər yenidən başladı - ermənilər kəndə atəş açır