“Facebook”dan YENİ normalar — 90 gün istifadə edilmədiyi halda...

“Facebook”da sorğuların aparılması üçün əlavələrin işi məhdudlaşdırılacaq.
Minval.İnfo icnews-a istinadla xəbər verir ki, “Facebook” administrasiyası sosial şəbəkədə istifadəçinin şəxsi məlumatlarının alınması üçün nəzərdə tutulan əlavələrin fəaliyyətinə məhdudiyyətlərin tətbiqinə başlayıb.
Bu düzəliş “Facebook” ilə əməkdaşlıq edən proqram təminatı tərtibatçıları üçün qaydalara edilib.
Yeni normalara görə, qeyd olunan əlavələrin sosial şəbəkədə fəaliyyət göstərməsi qadağan ola bilər.
“Facebook” nümayəndəsi telekanala açıqlamasında bildirib ki, həmin əlavələr tam qadağan edilməsə də, onlar sosial şəbəkə mütəxəssisləri tərəfindən diqqətlə yoxlanılacaq. Bunun hansı kriterilər üzrə həyata keçiriləcəyi barədə məlumat verilmir.
Qaydalara, həmçinin, mobil əlavələr tərəfindən müxtəlif istifadəçi informasiyasının tətbiqi üçün icazələrə aid əlavə bəndlər daxil edilib.
Yeni normalara əsasən, əlavə tərəfindən istifadəçinin tətbiqinə icazə verdiyi məlumatlar 90 gün ərzində istifadə edilmədiyi halda müvafiq saziş ləğv edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır