Fəzail Ağamalı: “Testin qiyməti kifayət qədər yüksəkdir”
Deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında çıxış edərkən bir daha hökumətin diqqətini tikinti sektorundakı durğunluğa yönəltməyə çalışdı. Deputat bildirdi ki, tikinti obyüktlərinin işləməsinə imkan verilməsi olduqca zəruridir.
“Supermarketlərdə insanlar daha çox olur, nəinki mebel mağazalarında”-deyən deputat mebel mağazalarının da açılmasını zəruri saydı. “Ayrı-ayrı ticarət mərkəzləri də açılmalıdır, lakin karantin rejiminə ciddi əməl olunmalıdır. Mən müşahidə etmişəm, bəzi marketlərə maskasız daxil olan insanlara sahibkar xidmət göstərilməyəcəyini deyir. “Sədərək”də, “Binə”də minlərlə insan çalışırdı, indi onlar işsiz qalıb”.
F.Ağamalı dedi ki, koronavirusun müəyyənləşdirilməsi ilə bağlı testin qiyməti kifayət qədər yüksəkdir: “Bizdə ən aşağı qiymət 50 manat civarındadır. Bu məsələyə də baxılmalı və minimum qiymət həyata keçirilməli, mümkün olsa, pulsuz həyata keçirilməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!