Fəzail Ağamalı: “18 yaşından yuxarı vətəndaşlar üçün vaksinasiya məcburi xarakter daşımalıdır”
Deputat Fəzail Ağamalı Milli Məclisdəki çıxışında koronavirus pandemiyası ilə bağlı vəziyyətdən narahatlığını ifadə etdi.
“Ortada Çin, İsrail nümunəsi var. Bu, həm də Azərbaycan dövlətinin milli təhlükəsizlik məsələsidir. Ortada problem var. Elə etmək lazımdır ki, vaksinasiya kütləvi xarakter daşısın”, deyən F.Ağamalı qeyd etdi ki, KİV də vaksinasiyanın tətbiqi ilə bağlı təbliğat aparmalıdır.
Deputat məsələ ilə bağlı məsul olan qurumlara xitab etdi: “Ya Səhiyyə Nazirliyi, ya TƏBİB, ya Tibbi Sığorta, bu məsələyə məsul olan hansı qurumdurs, hesab edirəm ki, 18 yaşından yuxarı vətəndaşlar üçün vaksinasiya məcburi xarakter daşımalıdır. Əks təqdirdə bu məsələni həll etmək mümkün olmayacaq. Çünki təcrübə ortadadır. Vaksinasiya ölkədə çox zəif gedir”.
Spiker Sahibə Qafarova deputatın müraciətinə reaksiyasında bildirdi ki, hər bir deputat seçildiyi dairədə mütləq seçicilərilə bu haqda söhbətlər aparmalıdır: “Sizinlə çox razıayam ki, müvafiq qurumlar bu məsələyə çox ciddi yanaşmalıdırlar, çünki cənab prezident bu məsələ diqqətindədir”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə “Fəzail müəllimin fikirlərinə çox böyük hörmətlə yanaşıram. Amma dünyanın heç bir ölkəsində vaksinasiya məcburi deyil, könüllüdür”, deyə, bildirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər - 12 mart
DİN-dən polisin qətli ilə bağlı açıqlama
Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsini təsdiq etdi
Bakıda fırıldaq - Ayaqqabı almaq istəyən qadını belə aldatdılar - FOTOLAR
Bu yolda hərəkət məhdudlaşdırılır - Diqqət!
Qiymətlər günbəgün artır