Fərid Şəfiyev: “Azərbaycanlıların Ermənistana qayıtması üçün bütün əsaslar var”
“Əgər biz Ermənistan və Azərbaycan münaqişəsinin ədalətli yola həll olunmasından danışırıqsa təbii ki, azərbaycanlılar ora qayıtmalıdır. Hazırki Erməsintanda olan mədəni irsdən danışarkən Ermənistanda bu isteriyaya səbəb olub”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Bizi ittiham edirlər ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Bizim ərazi iddiamız yoxdur”- deyən F.Şəfiyev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışında bunu vurğulayıb: “Lakin bizim orada olan irsimizə, tariximizə, maddi sərvətlərimizə iddiamız var və bu, tarixi və hüquqi baxımından tam əsaslıdır. Vaxtilə Azərbaycan ərazisində ermənilər məskunlaşıb. Ona görə də ermənilər Azərbaycan ərazisinə qayıda bilərlər. Bu təbii ki, qarşılıqlı şəkildə olacaq. Biz də Ermənistana qayıtmalıyıq. Bu ədalətin tam şəkildə bərpası deməkdir”.
F.Şəfiyev vurğulayıb ki, postmünaqişə dövründə fokusda həmişə Azərbaycan olurdu: “Hazırki Ermənistanda yüz illərlə yaşamış azərbaycanlılar haqqında kimsə bir kəlmə söz danışmır. Orada olan məscidlər və mədəni irsimiz barədə danışan yoxdur. Bu paradikmanı dəyişmək lazımdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?