20.10.2021 - 14:59
Siyasət 3 baxış

Eyvazov bu rayona rəis təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Minval.info Oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Nəbiyev Elşad Əhməd oğlu Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsinə təyinat alıb.

O, bu təyinata qədər Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi, polis mayoru Şaiq Ağayev öz ərizəsi ilə vəzifəsindən azad edilərək, sərəncama götürülüb

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: