Evlilik müqaviləsində hansı məsələlər olmalıdır?

Artıq evlənmək qərarına gəlmisiniz. Evlənəcəyiniz adama inansanız da, gələcəkdə nələrlə qarşılaşacağınızı bilmirsiniz. Elə isə bu işdə sizin köməyinizə “evlilik müqaviləsi” çata bilər. Ancaq bəzi ailələr evlilik müqaviləsinə bir-birinə qarşı etimadsızlıq kimi baxırlar. Bəziləri isə evliliyin çətinliklərini düşünmədən ailə həyatı qurmağa üstünlük verirlər. Təbii ki, çətinliklərlə qarşılaşdıqda isə bu çətinliklər qarşısında çarəsiz qalırlar. Ona görə də, tərəflər evlənməzdən əvvəl hər şeyi ətraflı müzakirə etməli və müzakirə etdikləri məsələləri evlilik müqaviləsi ilə sənədləşdirməlidirlər.
Minval.İnfo gencaile.az-a istinadən bildirir ki, bəs evlənməzdən əvvəl hansı məsələləri müzakirə etmək olar və ya evlilik müqaviləsində hansı məsələlər olmalıdır? İlk növbədə, nə olursa olsun, bir-birinizə yalan danışmamaq barədə söz verməlisiniz. Digər tərəfdən, ən kiçik məsələlər belə diqqətdən kənarda qalmamalıdır. Təbii ki, zamana ehtiyacı olan məsələlər də yaddan çıxmamalıdır. Ailədə qarşılaşa biləcäyiniz bütün problemlər hər iki tərəfin problemi kimi nəzərə alınmalı və bu problemlərin həlli üçün birgə qərar qəbul edilməlidir. Lüğətinizdə “Mənə nə” və ya “Sənə nə” kimi sözlərə yer olmamalıdır. Kənardan qəbul edilən informasiyalarla hərəkət etməməlisiniz. Öz ailənizi həyat yoldaşınızdan üstün tutmamalısınız. Evdəki təmizlik, alış-veriş və s. işlərlə bağlı iş bölğüsü aparmalısınız.
Təbii ki, yuxarıda qeyd etdiyimiz məsələlərdən başqa tərəflərin öz təklifləri də ola bilər və tərəflər bu təklifləri müqaviləyə əlavə edə bilərlər. Evlilik müqaviləsinin məqsədi təbii ki, hər şeyi rəsmiləşdirmək yox, əksinə, hər iki tərəfin ətraflı düşünməsinə imkan verməkdir (təbii ki, niyyətlərini dəqiqləşdirmək mənasında). Beləliklə, onlar həm bir-birilərinin etimadını qazanar, həm də gələcəkdə baş verəcək problemlərin qarşısını indidən almış olarlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır