Evinin sökülməsinə etiraz edərək özünü yandıran kişi öldü – Bakıda (VİDEO 18+)
Evinin sökülməsinə etiraz edərək özünə qəsd edən Şahmərdanov Musayıl İsmayıl oğlu vəfat edib.
Bu barədə bizimyol.info-ya onun həyat yoldaşı Aytən Şahmərdanova bildirib.
Sabunçu rayonu, Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsi 14 ünvanında yaşayan ailənin hadisə nəticəsində iki nəfər üzvü yanıq xəsarəti alıb. Belə ki özünü yandıran Musayıl Şahmərdanovu xilas edərkən A.Şahmərdava da yanıb. Ağır yanaq xəsarəti alan M.Şahmərdanovun həyatını xilas etmək mümkün olmayıb.
A.Şahmərdanovanın sözlərinə görə, SOCAR əməkdaşları yaşadıqları evi sökməyə cəhd etdikləri üçün bu hadisə baş verib. Mülkiyyətinin sökülməsinə etiraz edən M.Şahmərdanov SOCAR əməkdaşlarının gözü qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
Qeyd edək ki hadisə ilə bağlı SOCAR-a göndərilən sorğuya cavab almaq mümkün olmayıb.
https://www.youtube.com/watch?v=hzP0x3ocDlk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib