Evi məzar olan şəhidlərin həyatı təhlükə ilə üz-üzə qalıb - Sürüşmə Şəhidlər Xiyabanının qapısına dayanıb - FOTOLAR
Bir neçə həftə əvvəl Teleqüllə sürüşmə sahəsinin aktivləşməsi ilə bağlı Bayıl yamacında sürüşmə əleyhinə tədbirlər görüldü və insanların həyatına təhlükə törətdiyi səbəbi ilə bir çox ailə evlərindən köçürüldü.
Minval.İnfo xəbər verir ki, bu dəfə isə evi məzar olan şəhidlərin həyatı təhlükə ilə üz-üzə qalıb. Bəli, söhbət Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin 28 ildir hüzur içində yatdığı Şəhidlər Xiyabanından gedir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bayıl yamacında başlayan sürüşmə Xiyabanın qapısına dayanıb, xüsusilə “Əbədi Məşəl” kompleksinin yaxınlığında, divarlarda müxtəlif ölçülərdə çatlar meydana gəlib. Hadisə yerinə gələn mütəxəssislər çatların yarandığı yerləri işarələsələr də, hələ ki, heç bir tədbir görülməyib.
Bir neçə gün əvvəl sürüşmə səbəbi ilə Bayılda evlərin uçması isə təhlükənin hələ sovuşmadığını göstərir.
Fərid Özay
Minval.info
Fotolar müəllifindir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda














