Əsəd Cahangirdən Sabir Rüstəmxanlıya böyük ehtiram
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış ədəbi tənqidçi Əsəd Cahangir, Xalq şairi Sabir Rüstəmxanlı haqqında diqqətəlayiq bir paylaşım edib.
Minval.info xəbər verir ki, Əsəd Cahangir, Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və milli-ictimai düşüncədəki əhəmiyyətindən bəhs edərək, şairin əsərlərinə qiymət verməyin çətinliyini vurğulayıb. O, Sabir Rüstəmxanlını xalqın danışan dili kimi təsvir edərək, onun əsərlərinin hər birinin dərin mənalar daşıdığını bildirib: “Sabir Rüstəmxanlı xalqın danışan dilidir. ‘Ömür kitabı’ ömrümüzün kitabıdır. ‘Qan yaddaşı’ qan yaddaşımızdır. ‘Ana dili’ ana dilimizdir. ‘Vətən’ vətənimizdir.”
Əsəd Cahangir əlavə edib ki, Sabir Rüstəmxanlıya tənqidi və ya təqdiri qiymət vermək bizim səlahiyyətimiz xaricindədir. O, klassik ziyalı obrazının müasir təcəssümüdür. “O, tribunalarda şir kimi nərə çəkəndə bəziləri girməyə deşik axtarırdı. Onun bir sözü ilə meydanlar dəniz kimi çalxalanırdı. Onun rəhbərliyi ilə dərc olunan ‘Azərbaycan’ qəzeti 70 illik sovet zülməti içində bir işıq idi! İşığa daş atmayaq! Tarixi unutmayaq!”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Coşqun Əliyev İsveçrədə qızıl medal qazandı
Ajmedia.news qanunsuz fəaliyyətinə görə ifşa edildi
Şəhidin ailəsində ikiqat tələbə sevinci
Dambrauskas: "Heç kimdən çəkinmirik, mübarizə aparacağıq
Yük maşınları Çinarlı kəndində narazılıq yaradır
Buzovna məscidində qanunsuz yenidənqurma qalmaqalı
Dani Bolt "Qarabağ"ı tərk etdi, Malayziyaya gedir