Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti BMT-də müzakirə edilib
BMT platformasında ilk dəfə olaraq Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti müzakirə olunub. Bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Minval.info xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Tədbirdə 16 ölkədən 50-dən çox nümayəndə iştirak edib.
Konfransda azərbaycanlıların indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qaldığı, onların yurdlarına qayıtmasının təmin olunması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması müzakirə edilib. Tədbir iştirakçıları qayıdış prosesinin beynəlxalq nəzarət altında həyata keçirilməsini və hüquqi baxımdan məcburi razılaşmaların əldə olunmasını tələb ediblər.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Konfrans zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalmasını və mədəni abidələrə qarşı törədilmiş vandalizm aktlarını əks etdirən sənədli film nümayiş olunub. BMT-nin keçmiş sədri June Soomer və digər beynəlxalq ekspertlər çıxışlarında azərbaycanlıların qayıdış hüquqlarını tanıyıblar.
Tədbirin sonunda BMT rəhbərliyinə xüsusi məruzəçinin təyin edilməsi üçün müraciət qəbul edilib. Məlumdur ki, Ermənistan ərazisində azərbaycanlılara məxsus abidələr sistemli şəkildə dağıdılıb və mənimsənilib. Yüz minlərlə azərbaycanlının tarixi torpaqlarına qayıtmaq hüququ isə hələ də təmin edilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq