04.10.2026 - 08:34
Ermənilərin Gəncədə törətdiyi ilk raket hücumundan 6 il keçir
Hadisə 2 baxış

Ermənilərin Gəncədə törətdiyi ilk raket hücumundan 6 il keçir

İkinci Qarabağ müharibəsinin gedişatında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələrinin ilk raket hücumuna məruz qaldı və bu hadisədən artıq 6 il ötür. Bu hücum, müharibə zamanı mülki əhalinin yaşadığı ərazilərə edilən ilk ciddi hücum idi.

Minval.info xəbər verir ki, 2020-ci il oktyabrın 4-də səhər saatlarında erməni tərəfinin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki yaşayış məntəqələrinə, o cümlədən ikimərtəbəli binalara və fərdi yaşayış evlərinə düşdü.

Bu hücum nəticəsində Əliyev Tunar Qoşqar oğlu adlı mülki şəxs həlak oldu, 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. Həmçinin, şəhərin mülki infrastrukturu və tarixi tikililəri də zərər gördü.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Gəncəyə beş dəfə raket və ağır artilleriya hücumları təşkil etdi. Ümumilikdə bu hücumlar nəticəsində 26 nəfər həyatını itirdi, 175 nəfər yaralandı və şəhərin infrastrukturu ciddi ziyan gördü.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: