04.09.2026 - 16:47
Ölkə 11 baxış

Erməni şairin heykəli söküldü: Siyasi gərginlik artır

Azərbaycan ərazisində yerləşən erməni şair Paruyr Sevakın heykəli sökülüb. Bu hadisə SSRİ dövründə Azərbaycan mədəni irsinin erməniləşdirilməsi prosesində iştirak edən şairin doğulduğu Zənqəkatun kəndində baş verib və geniş narazılığa səbəb olub.

Minval.info xəbər verir ki, heykəlin müəllifi Levon Tokmajyan bu qərara etiraz edib. Onun sözlərinə görə, bu addım Kərki kəndinin Azərbaycana verilməsi məsələsi ilə bağlıdır. “Tiqranaşenin (Kərki kəndi) Azərbaycana təhvil verilməsi üçün müzakirələr aparılır. Bu, siyasi qərardır və həmin məktəbin qarşısındakı yol da Azərbaycana Kərki ilə birlikdə təhvil veriləcək. Buna görə heykəl götürülüb,” – deyə Tokmajyan bildirib.

Zənqəkatun kəndi, Kərkiyə Paruyur Sevak kəndindən sonra ən yaxın ikinci kənddir və hər iki kənd Kərki ətrafındakı yüksəkliklərdə yerləşir. 2018-ci ildə Azərbaycan Ordusunun keçirdiyi Günnüt əməliyyatı nəticəsində Qızılqaya yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsi ilə ərazidə vəziyyət dəyişib. Artıq Azərbaycan tərəfi Kərki ətrafındakı bu iki kəndə gedən yollara və Ermənistandan İrana gedən magistrala nəzarəti təmin edir.

Son zamanlar Ermənistanda Kərkinin Azərbaycana təhvil verilməsi üçün hazırlıqların görüldüyünə dair məlumatlar yayılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: