Ermənistanın iki vətəndaşı Azərbaycan ərazisinə keçib

Sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.
“Minval.info” xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hazırda Ermənistan MTX və Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları onların tapılması istiqamətində iş aparır.
Kasax icmasının rəhbəri Ara Mkrtçyan bildirib ki, yolunu azanlar ordudan yenicə tərxis olunmuş 2 gəncdir və onlar əsgər yoldaşlarını ziyarət etmək istəyərkən Azərbaycan ərazisinə keçiblər.
Axtarışların nəticəsi barədə əlavə məlumatın veriləcəyi qeyd olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!