Ermənistanda əsgər yoldaşını güllələyərək öldürdü
Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində baş verən silahlı insident nəticəsində bir hərbi qulluqçu həyatını itirib. Hadisə hərbi qulluqçular arasında yaranan mübahisə zamanı baş verib. Münaqişə zamanı çağırışçılardan biri özünə təhkim olunmuş silahdan istifadə edərək xidmət yoldaşına atəş açıb. Nəticədə, hərbi qulluqçu aldığı güllə yarasından vəfat edib.
Minval.info xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Qeyd edək ki, 2026-cı ilin əvvəlindən etibarən Ermənistan Silahlı Qüvvələrində 10-dan çox hərbi qulluqçunun ölüm faktı qeydə alınıb. Bu ölümlərin beşi müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular arasında baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib