Ermənistanda şəkər qıtlığı yaranıb

“Ermənistanda şəkər bazarında xaos hökm sürür”.
Bu, “Joxovurd” qəzetinin məqaləsində bildirilib.
“Qənd və şəkər tozunun qiymətinin bahalaşması bir yana, ele mağazalar var ki, orada bu ərzaqdan yoxdur. Son günlər qəzetə vətəndaşlar zəng edir, kisə ilə qənd ala bilmədiklərini bildirirlər. Yeri gəlmişkən, rayon və qəsəbələrədə sakinlər bir kiloqram qənd ala bilmirlər. Çünki dükanlarda qənd və şəkər tozu yoxdur”, qəzet yazıb.
“Joxovurd”un yazdığına görə, supermarketlərdə 2-3 kq qəndi vətəndaşlara 360 drama (1,24 manat) satmayıblar. Bildirilib ki, hazırda şəkərin bir kiloqramının qiyməti 420-450 dramadək (1,45 – 1,55 manat) bahalaşıb.
Qəzet qeyd edib ki, Ermənistanın İqtisadiyyat Nazirliyi və onun uyğun qurumları məsələ ilə maraqlanmır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi