Ermənistanda Rusiya üstündə atışma olub, ölənlər və yaralananlar var - FOTO
Ermənistanın Araqasotn rayonunda atışma olub.
Musavat.com “report”a istinadən bildirir ki, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb.
Bildirilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir.
Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Hüquq-mühafizə orqanlarından qeyd edilib ki, atışma Rusiyadaxili məsələ ilə bağlı olub. Bununla belə, polis təfərrüatı açıqlamaqdan imtina edərək, hadisə barədə daha sonra ətraflı məlumat verəcəyini bildirib.
Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Atışma zamanı həlak olan daha bir nəfər – Amayak Mikaelyan isə hərbi qulluqçu olub.
“Politik.am” isə bildirib ki, “Vətəndaş sazişi” Partiyasının üzvlərindən biri Baş nazir Nikol Paşinyanı təhqir edən gəncləri atəşə tutub. Nəşrin məlumatına görə, atışma zamanı “Kalaşnikov” avtomatından istifadə edilib.
Faktla bağlı araşdırma aparılır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şimali Koreya Yapon dənizinə raketlər buraxdı
Qəzza mövzusunda film Venesiyada rekord qırdı
Centcom rəhbəri Səudiyyədə təcili məsləhətləşmələr aparır
Britaniya: Rusiyanın itkiləri 1,5 milyona çatdı
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!