Ermənistanda cəsəd alveri: Qarabağda öldürülən ermənilərin yerinə başqaları dəfn olunur

Qarabağda itkin düşmüş erməni hərbçilərin valideynləri və qohumları gecəni İrəvanın mərkəzindəki hökumət binasının qarşısında keçiriblər.
Minval.info erməni mətbuatına istinadən bildirir ki, cümə günü səhər tezdən etiraz aksiyası davam edib. İtkin düşənlərin ailələri DNA testləri ilə bağlı məsələləri aydınlaşdırmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyan və ya onun nümayəndəsi ilə görüş tələb edirlər.
Ailələr Qarabağda itkin düşmüş hesab olunan hərbçilərin cəsədlərinin kimə məxsusluğunu müəyyənləşdirmək üçün aparılan analizlərin nəticələrini tanımadıqlarını bildiriblər. Onların fikrincə, ailələrə hələ də şəxsiyyəti tam müəyyən edilməyən ermənilərin cəsədlərinin qalıqları verilir. Başqa sözlə, ailələr öz övlad və ya yaxınlarının cəsədini ala bilmir və başqa cəsədləri dəfn etmək məcburiyyətində qalırlar.
Etirazçıların fikrincə, səlahiyyətlilər bunu əsirlikdə ola biləcək hərbçiləri axtarmamaq və geri qaytarmamaq üçün edirlər.
Etirazçılar itkin düşmüş digər hərbçilərin qohumlarını etiraza qoşulmağa çağırıblar.
İtkin düşmüş hərbçinin qohumlarından biri Arsen Qukasyan bildirib ki, itkin hərbçilərin həyatı rəhbərlik üçün heç bir önəm daşımır.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, 2020-ci ilin payızında Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda ölənlərin sayı 3777 nəfərdir. 243 nəfər itkin hesab olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi