Ermənistan XİN-də daha bir qalmaqal
Ermənistanın keçmiş XİN rəhbəri Ara Ayvazyan tərəfindən təyin olunan və 1 iyula qədər təyinatları əsasında ölkələrinə getməli olan təxminən 10 diplomatın gedişi təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat verib.
“Təyinat nöqtələrinə 1 iyul tarixinə qədər çatmalı olan 10-a yaxın diplomatın gedişinin təxirə salındığı bildirilir. Keçmiş xarici işlər naziri Ara Ayvazyan onları müxtəlif ölkələrdə fəaliyyət göstərən Ermənistan səfirliklərində və diplomatik nümayəndəliklərində işləmək üçün təyin edib. Diplomatlar ailələri ilə birlikdə yola getməyə artıq hazır idilər: onlar biletləri alıb, buradakı mənzillərini kirayəyə verib, təyinat yerlərində mənzil kirayəyə götürüb və məktəblərdən uşaqların sənədlərini götürüblər. Hökumət təxminən 40-a yaxın şəxsin gedişini əngəlləyib.
Problem, əlbəttə ki, onlarda deyil, hakimiyyətin onları təyin edən Ara Ayvazyana qarşı mənfi münasibətindədir, hansı ki, o qədər qarşısıalınmazdır ki, dövlət büdcəsindən xərclədikləri pula görə peşman olmurlar. Xarici İşlər Nazirliyi bu cür qeyri-dövlət yanaşmasından təəccüblənir və əmrin ləğv olunacağına ümid edir”, – deyə nəşr qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb
Ermənistan sülh müqaviləsi təkliflərini Azərbaycana təqdim etdi - Paşinyan
Fəzail Ağamalı: “Laçın dəhlizində öz postlarımızı yaratmalıyıq”
Xələf Xələfov vəzifəsindən azad olundu
Əkrəm İmamoğlu sabah vəzifəsinin icrasına başlayacaq
Türk ordusu Afrinin bütün kəndlərini terrorçulardan təmizlədi