Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcək
Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirib.
Minval.info-nun xəbərinə görə, XİN sözçüsü Vahan Unanyan deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.
“Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır. Bu, hökumətin proqramında da öz əksini tapıb. Bu mənada, Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq”, – Ermənistan XİN-nin rəsmisi deyib.
Qeyd edək ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ötən gün parlamentdə çıxışı zamanı bildirib ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi nümayəndə təyin edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mertsin reytinqi rekord səviyyədə enib
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur
Yəməndə gərginlik: Husilərdən Səudiyyəyə zərbə
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı