Ermənistan MTX rəhbəri: "İrəvanın sabiq merinə qarşı daha bir cinayət işi açılıb"
Ermənistan paytaxtı Yerevan şəhərinin sabiq meri Taron Marqaryana qarşı daha bir cinayət işi açılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan bildirib.
Onun sözlərinə görə, söhbət sabiq merin əmlakından gedir və əmlakın qeyri-qanuni yolla əldə edildiyi aydınlaşarsa, o, məsuliyyətə cəlb ediləcək.
Qeyd edək ki, T.Marqaryan buna qədər “Yerevan” fondunun maliyyə maxinasiyaları ilə əlaqədar məsuliyyətə cəlb edilib. MTX direktoru bu məsələ ilə bağlı açıqlamasında bütün mənimsənilən məbləğin dövlət büdcəsinə ödənilməsindən sonra sabiq merin məsuliyyətdən azad olunacağını vurğulayıb. Onun sözlərinə görə, bu fondla bağlı artıq 1 milyard dram vəsait dövlət büdcəsinə qaytarılıb.
Xatırladaq ki, bu ilin iyun ayında “Yerevan” fondunun direktoru Aşot Kazaryan saxlanılıb, T.Marqaryan isə həmin fondun Himayəçilər Şurasının sədri olub.
T.Marqaryan iyun ayında Yerevan şəhərinin meri postundan istefa verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanın kapitulyasiya aktına imza atmasından bir il ötür
İlham Əliyev Rusiyaya getdi
Rusiyadakı Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat edib
Milli Məclis Maliyyə Nazirliyindən 800 min vəsait istəyir
“Elə bir vəziyyət yaratmışıq ki, bizlə müharibə ağıllarına gəlməsin” - Video