Ermənilər Kiyev körpüsünü BAĞLADI - Paşinyana qarşı daha bir aksiya
Bu gün səhər saatlarında Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvandakı Kiyev körpüsünü bağlayıblar.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Etirazçılar betonqarışdıran maşın və yük avtomobilləri ilə yolu bağlayıblar.
“Biz ölkənin türklərə və azərbaycanlılara verilməsini istəmirik. Buna qarşı mübarizə aparacağıq”,- deyə nümayişçilər deyiblər.
Hazırda ərazidə nəqliyyatın hərəkəti iflic olub, təhlükəsizlik qüvvələri avtomobilləri çıxarmaq üçün yollar axtarırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyası iştirakçılarını saxlamağa başlayıb.
Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin kütləvi aksiyalarına start verilib. Etirazçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!