23.11.2021 - 15:44
Siyasət
1 baxış
Ermənilər bu kəndə qədər geri çəkilib: “Tezliklə bura da Azərbaycanın olacaq”
Azərbaycan-Ermənistan sərhəddində rəsmi İrəvanın 16 noyabrda törətdiyi təxribatdan sonra ermənilər Sünikin Anabat (Noravank) kəndinə qədər geri çəkiliblər. Minval.info xəbər verir ki, bu barədə Ermənistanın “Jam” (Zaman) qəzetinə həmin kəndin sakinləri məlumat verib. Onların sözlərinə görə, Azərbaycan Ordusu kəndin çox yaxınlığında qərarlaşıb və əsas yollardan birinə nəzarəti tam ələ keçirib.
Kənd sakinləri deyirlər ki, hələ 32 il bundan əvvəl onlar azərbaycanlıları bu ərazilərdən çıxarmışdılar. İndi isə Azərbaycan Ordusu onlar üçün həyati əhəmiyyət kəsb edən yolun üzərində post qurub: “Azərbaycanlılar 32 il əvvəl buralardan qaçmışdı. İndi isə həmin yola nəzarət edirlər. Belə davam etsə, tezliklə Noravank da onların olacaq”.
Bu kənddə yaşayan ermənilər Ermənistan hakimiyyətinə müraciət edərək, silah istəyiblər: “Biz öz kəndimizi qorumaq üçün silah istəyirik. Və bunu acizanə şəkilkdə sizdən xahiş edirik. Azərbaycan Ordusu kəndin bir addımlığındadır. Orduya biz də dəstək vermyə hazırıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hulusi Akar Stoltenberqlə görüşüb
04.11.2022 - 14:22
“Məmurlar zəli kimi yapışıb onların qanını sorurlar”
23.10.2019 - 18:00
Azərbaycan XİN Qazaxıstanı təbrik edib
16.12.2021 - 19:50
Amerikalı keşişin azad edilməsi Türkiyə-ABŞ münasibətlərini yumşaldacaq
13.10.2018 - 12:59
Əsir şəhərin qızından Ərdoğana dəhşətli məktub – Foto
26.01.2018 - 13:21
“İrəvanla Bakı dəmir yolunun açılmasına çox yaxındır” - Paşinyan
03.02.2022 - 12:31
Prezident İlham Əliyev Rusiyaya getdi
06.12.2018 - 18:10