Erməni əsirliyində olmuş şəxs: “Dişlərimi çıxarırdılar”
“1993-cü ildə ermənilər tərəfindən əsir götürülmüşəm”.
“Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Rauf Qafarov deyib.
“Əsirlikdə olanda tikinti işləri üçün Ağdam və Füzulidə evləri söküb daşları daşıtdırırdılar. Ermənilər mənim dişlərimi çıxartdılar. Bizi seperatçı rejimin o vaxtkı “müdafiə naziri” Samvel Babayanın donuz fermasında fəhlə kimi işlədirdilər, yemək və su vermirdilər. Erməni uşaqlarını məktəbdən yanımıza gətirirdilər. Uşaqlar da bizi təhqir edirdi”, – o, əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!