Erməni əsilli rusiyalı iş adamı Ukraynaya buraxılmadı
Erməni əsilli rusiyalı iş adamı, Noqinsk Mexaniki-əritmə Zavodunun baş direktoru Karen Arutyunyan Ukraynaya buraxılmayıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət Sərhəd Xidmətinin Mətbuat katibliyi yayıb.
O, Belarus paytaxtı Minskdən Ukrayna ərazisini keçmək istəyib. Lakin sərhədçilər K.Arutyunyanı geri qaytarıblar. Onun 3 il ərzində Ukrayna ərazisinə girişi qadağan olunub.
Qeyd edək ki, K.Arutyunyan 1965-ci il sentyabrın 21-də Yerevanda anadan olub. Yerevan Politexnik İnstitutunu bitirib. 1997-ci ildən Moskva vilayəti Noqinsk rayonunda Mexaniki-əritmə Zavodu Açıq Səhmdar Cəmiyyətinin rəhbəridir.
O, Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının üzvüdür. Rusiya Prezidenti Vladimir Putin, Dövlət Duması, Moskva Vilayət Duması, Rusiyanın Xarici İşlər Nazirliyi və güc strukturları tərəfindən döş nişanı, habelə “Krımın qayıtmasına görə” medalla təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək