Erməni qarmonçunun Azərbaycan mahnılarına maraqlı yanaşması
Erməni qarmonçu Qaqik Stepanyan, Azərbaycan milli musiqilərini ifa edərək sosial şəbəkələrdə geniş tanınıb. Əslən Gürcüstanın Axalkalaki vilayətindən olan Stepanyan, ifalarında Qafqaz xalq musiqilərinin ritmlərini və virtuoz barmaq texnikasını ön plana çıxarır.
Minval.info xəbər verir ki, musiqiçi “Qadan mən alım”, “Sarı gəlin”, “Sən gəlməz oldun”, “Təki sən səslə məni” kimi Azərbaycan xalq mahnılarını ifa edir. Onun bu ifaları həm tənqid, həm də təriflərlə qarşılanır. İzləyicilərindən bəziləri Stepanyanın Azərbaycanın məşhur qarmon ustası Aftandil İsrafilovun tələbəsi olduğunu iddia edirlər.
Xatırladaq ki, Qaqik Stepanyan “Bəs nə deyirəm”, “Niyə yox deyirsən”, “Güman yeri var”, “Ay bəri bax” kimi Azərbaycan kompozisiyalarını qarışıq üslubda ifa edərək, onları “YouTube” səhifəsində yerləşdirib. 2025-ci ildə Əqli Mülkiyyət Agentliyi bu barədə məlumat verib və Rəqəmsal və Audiovizual Yayım Sənayesi (RAYS) texniki dəstək alaraq, Stepanyanın kompozisiyalarını “YouTube” səhifəsindən sildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib