Erməni mahnısı səsləndirən DJ həbs edildi - Nabranda
21 iyul axşam saatlarında Nabranda yerləşən “Malibu İstirahət Mərkəzi”ndə erməni mahnısı səsləndirilib.
Vətəndaşların şikayəti əsasında Xudat Şəhər Polis Bölməsi istirahət mərkəzinə gəlib.
Xudat Şəhər Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevin də şəxsən iştirakı ilə musiqi saxlanılıb. İstirahət mərkəzində Dj kimi fəaliyyət göstərən Nağıyev Abdul Xaliq oğlu polislərlə dalaşıb. Polisə müqavimət göstərən Dj saxlanılaraq Xudat şəhər Polis Bölməsinə aparılıb.
Nağıyev Abdul Xaliq oğlu polisə musiqini Malibu İstirahət Mərkəzinin rəhbərinin kompüterindən götürdüyünü deyib.
Bu gün Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Nağıyev Abdul Xaliq oğlu 10 sutka müddətinə həbs edilib. Yenicag.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
