Erməni filmində Üzeyir Hacıbəyovun musiqisi aşkarlandı
Ermənistan kinematoqrafiyasının ilk səsli tammetrajlı filmi olan ‘Pepo’ ilə bağlı maraqlı bir fakt üzə çıxıb. 1935-ci ildə rejissor Amo Bek-Nazarov tərəfindən Qabriel Sundukyanın 1876-cı ildə yazdığı pyes əsasında çəkilən bu filmdə bir neçə Azərbaycan musiqisinin istifadə edildiyi müəyyən edilib.
Minval.info xəbər verir ki, filmdə Tiflisin fəhlə məhəlləsində yaşayan dürüst balıqçı Peponun xəsis tacir Arutin Zimzimovla mübarizəsi təsvir olunur. Lakin kinosevərlərin və musiqişünasların diqqətini çəkən əsas məqam filmdəki musiqi parçalarıdır. Xüsusilə, filmin 55-ci dəqiqəsində səslənən musiqi, 1956-cı ildə ekranlaşdırılan ‘O olmasın, bu olsun’ filmindəki Məşədi İbadın ariyası ilə eynilik təşkil edir. Bu melodiyanın dahi bəstəkar Üzeyir Hacıbəyovun operettası əsasında məşhurlaşdığı məlumdur.
Bundan əlavə, filmin ən dəyərli etnoqrafik epizodlarından biri sayılan meyxana səhnəsində bəstəkar Aram Xaçaturyan Şərq musiqi ladlarına – ‘Bayatı-Kürd’, ‘Şüştər’ və ‘Bayatı-Şiraz’a müraciət edib. Tar, kamança, qaval və balaban ansamblının ifa etdiyi bu səhnədə Tiflis kintolarının küçə folkloruna uyğun olaraq erməni dili ilə yanaşı, Azərbaycan dilində də bayatı və gəraylılar səsləndirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib