Erkan Özarman azərbaycanlı modellərə əxlaqsız təklif edib?

Türkiyədə keçirilən “Best model” yarışması və onun təşkilatçısı Erkan Özarman ətrafında qalmaqal bitmək bilmir.
MİNVAL.İNFO xəbər verir ki, bu il baş tutan yarışmanın iştirakçıları Erkanın onlara seksual təkliflər etdiyini açıqlayıblar. Onlar arasında “Best Smile” gözəli seçilən Elmas Yıldız qalibin müsabiqədən əvvəl təyin olunduğunu bildirib. O qeyd edib ki, qaliblərə oteldə otaq tutulur, Erkan Özermana masaj etməyə çağırılıb. İştirakçılardan olan Barış Arslan da onun sözlərini təsdiqləyib.
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) bu halın Azərbaycanda da yaşandığını iddia edib. O, sosial şəbəkədəki paylaşımında Erkanın Bakıda keçirilən yarışmalara qatıldığı zaman bənzər təkliflər etdiyini vurğulayıb.
“Bunları 10 ildən çoxdur bilirəm. Bizdən gedənlərin çoxu bu təklifə “yox” deməyib, birinci olublar” deyə, Tolik əlavə edib.
Qeyd edək ki, 83 yaşlı Erkan Özerman yarışmanın təşkilatçısıdır. Müsabiqənin builki qalibləri Oğulşat Qaqşalova və Bartu Dilmendir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!