Əqli Mülkiyyət Agentliyində status dəyişikliyi baş verir
Əqli Mülkiyyət Agentliyinin bir sıra əməkdaşlarının dövlət qulluqçusu statusu ləğv ediləcək. Bu barədə Baş nazir Əli Əsədov tərəfindən müvafiq sərəncam imzalanıb.
Minval.info xəbər verir ki, sərəncama əsasən, Əqli Mülkiyyət Agentliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu prosesin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib. Qeyd edək ki, sərəncam sentyabrın 1-dən qüvvəyə minib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib