Ən çox radiasiya yayan telefon modelləri - Fotolar
Gündəlik həyatımızı mobil telefonlarsız təsəvvür etmək olduqca çətindir. Lakin telefonların sağlamlığa vurduğu mənfi təsirləri də nəzərdən qaçırtmaq olmaz. Çünki daim radiasiyaya məruz qalmaq orqanizmdə müxtəlif fəsadlar törədə bilər. Bunun üçün telefon alarkən ilk növbədə daha az şüa yayan modellərə üstünlük vermək lazımdır.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Federativ Radiasiyadan Müdafiə Şöbəsi mobil telefonlar üzərində araşdırma aparıb. Araşdırmanın nəticələrinə uyğun olaraq, ən çox radiasiya yayan 15 telefon modelinin adı açıqlanıb. İstehsalçılar ümumi bir radiasiya nisbətində qərarlaşmasa da, bir kiloqram üçün 0,6 vatdan yüksək şüa dərəcəsinin fəsadlara səbəb olduğunu bildirir. Siyahıda adıçəkilən modellərdə isə bu nisbət iki dəfədən çoxdur.
Ən yüksək radiasiya səviyyəsinə malik olan telefonların siyahısını təqdim edirik:
1. iPhone 7 Plus – 1.24 2.

2.Blackberry DTEK60 – 1.28

3. ZTE AXON 7 mini – 1.29 4.

4. İphone 8 – 1.32 5.

5. Sony Xperia XZ1 Compact – 1.36 6.

6. İphone 7 – 1.38 7.

7. Huawei P9 lite – 1.38 8.

8. OnePlus 5 – 1.39 9.

9. Huawei Nova Plus – 1.41 10.

10. Huawei P9 – 1.43 11.

11. Huawei GX8 – 1.44 12.

12. Huawei P9 Plus – 1.48 13.

13. Nokia Lumia 630 – 1.51 14.

14. Huawei Mate 9 – 1.64 15.

15. OnePlus 5T – 1.68

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır