Əmlakların qeydiyyatı: Yeni qaydalar asanlıq gətirir
Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrının aparılması ilə bağlı yeni qaydalar müəyyən edilib. Bu yeni mexanizm, daşınmaz əmlak obyektlərinin kadastr uçotuna alınması, texniki inventarlaşdırılması və məlumatların dövlət kadastrına daxil edilməsi prosesini vahid ardıcıllıqla tənzimləyir.
Minval.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, prosesin elektronlaşdırılması, ölkədə daşınmaz əmlakın uçotu və reyestrinin tam formalaşdırılması istiqamətində mühüm addımdır. Onun sözlərinə görə, Azərbaycanda hələ də reyestrdə əksini tapmayan daşınmaz əmlak obyektləri mövcuddur və bu yeni qaydalar, qeydiyyatsız torpaq sahələrinin, fərdi yaşayış evlərinin və digər daşınmaz əmlak növlərinin kadastra daxil edilməsini asanlaşdıracaq.
Vüqar Oruc əlavə edib ki, Daşınmaz Əmlakın Reyestri və Kadastrı üzrə İnformasiya Sistemi (DERKİS) vasitəsilə həyata keçirilən bu proses, əmlakların yerləşməsi, ölçüləri və sərhədləri barədə məlumatların dəqiq müəyyənləşdirilməsinə imkan yaradacaq. Bu sistem, həmçinin əmlak sərhədlərinin dəqiq müəyyən edilməməsi kimi mövcud problemlərin həllinə kömək edəcək. Yeni mexanizm, əmlakın faktiki vəziyyətinin dövlətin məlumat bazasında dəqiq əksini tapmasını təmin edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib