Emin Ağalarovdan 17 milyonluq xeyirxah addım - FOTO
Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın Kemerovo şəhərindəki xeyriyyə konserti ilə çıxış edib.
BAKU.WS xəbər verir ki, bu barədə “Crocus Group” məlumat yayıb.
Konsert zamanı bilet satışından əldə olunan bütün məbləğ 818 min rubl (21 min AZN) Kuzbassın “Detskoe serdçe” fondu, “Rodnik” uşaq evi, habelə Kerns-Seyr sindromundan əziyyət çəkən Vlad Tsıqanov arasında paylaşılıb.
Emin Ağalarov Kemerova səfəri zamanı 2018-ci il martın 25-də baş vermiş dəhşətli faciədən sonra “Zimnyaya Vişniya” ticarət mərkəzinin yerində inşa olumuş “Angelov” parkında da olub.
Hələ ötən il Emin Ağalarov dostları ilə birgə zərər çəkən ailələr üçün 17 135 038 rubl (455 min AZN) pul toplayıb, indi isə Müslüm Maqomayev Fondu və Rusiya Qırmızı Xaç Cəmiyyətinin Kemerovo şəhər şöbəsi ilə bərabər yanğında övladları həlak olan Treşevsk kəndinin altı ailəsinə yardım göstərir.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır