Emin Ağalarov Gəncədə konsert proqramı ilə çıxış edib
Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar-müğənni Emin Ağalarov Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, konsertdə Gəncədən olan deputatlar, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak edib.
Emin Ağalarov tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib.
Konsert Gəncə sakinlərinin coşqusu və alqışları ilə qarşılanıb.
Qeyd edək ki, Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun “STILL” adlı birinci albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB ölkələrində isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində Emin daha üç ingilisdilli disk buraxıb: “Incredible” (2007-ci il), “Obsession” (2008-ci il) və “Devotion” (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub.
Bundan sonra ayrı-ayrı illərdə onun müxtəlif albomları çıxıb. Albomlar dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər