29.11.2021 - 11:27
İqtisadiyyat 1 baxış

Emil Alxaslı: "SOCAR-ın neft emalı zavodunda hidrogen istehsal olunacaq"

Azərbaycanda 2022-ci ilin ortasında “Avro-5” dizel yanacağı, 2023-cü ilin ortalarında isə “Avro-5” benzin istehsal edilməsi planlaşdırılır.

Minval.info-nun məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma layihəsinin Baş direktorunun müavini Emil Alxaslı bildirib.

Onun sözlərinə görə, layihənin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur.

E. Alxaslı bildirib ki, layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85 %-dən yuxarıdır: “Növbəti addım olaraq digər köməkçi qurğuların – yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu, son olaraq dizelin hidrotəmizlənmə qurğusu işə salındıqdan sonra 2022-ci ilin ortalarında “Avro-5″ dizelin istehsalına başlanılacaq”.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: