Elxan Məmmədovdan ingilis azarkeşlərə tövsiyə: Bakıya daha tez gəlin
“Arsenal” klubunun rəhbərliyi yüksək xərclərinə və səyahətlə bağlı çətinliklərə görə arzuolunan sayda “Çelsi” və “Arsenal” azarkeşlərinin Avropa Liqasının finalında iştirak edə bilməyəcəyi ilə bağlı gileylənib.
Bu haqda “The Telegraph” məlumat verir. Klub rəsmiləri UEFA-ya müraciət edərək, bu qədər tərəfdarının Bakıya yollana bilməməsinin “qeyri-məqbul” olduğunu bildirib.
UEFA bu müraciətə cavabında, azarkeşlərin səyahət xərclərinin azaldılması məqsədi ilə təşkilatın ekspertlərinin klubla ortaq çözüm axtarıb-tapmasını təklif edib.
Bu arada AFFA-nın baş katibi Elxan Məmmədov “The Telegraph”a verdiyi müsahibədə Heydər Əliyev Aeroportunun çox sayda futbol azarkeşini qəbul etməyə hazır olduğunu bildirib. AFFA rəsmisinin sözlərinə görə, satışda biletlər qalıb və hər iki klubun azarkeşləri onları onlayn şəkildə sifariş verə bilərlər.
E.Məmmədov “Arsenal” və “Çelsi” fanatlarının uçuşlarla bağlı pullarına qənaət etməsi üçün onlara oyun həftəsinin əvvəlində Bakıya gəlməyi tövsiyə edib:
“Azarkeşlərin əksəriyyəti matç günü gəlib, növbəti gün səhər tezdən Bakını tərk etməyə çalışır, onlar bununla hotel və gündəlik xərcləri azaltmaq istəyirlər ki, bu da başa düşüləndir. Dünyanın istənilən yerindən olan azarkeşləri qonşuluqda və ya yaxın coğrafi məkanda keçən yarışda iştirak etmək istəyən zaman belə edir. Ancaq indiki halda azarkeşlərə Bakıya erkən gəlməyi və bizim şəhərdə xoş zaman keçirməyi təklif edirəm”.
E.Məmmədov, həmçinin, hər iki klub rəhbərliyinə öz azarkeşləri üçün Bakıya çarter reysləri təşkil etməyi tövsiyə edib. O, Bakı aeroportunun belə reysləri aşağı qiymətlə qəbul etməyə hazır olduğunu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı