Azərbaycanın ən son Avroviziya təmsilçisi Nadir Rüstəmli Mtv Azərbaycan kanalının qonağı olub. İfaçı maraqlı açıqlamaları ilə yadda qalıb. Rüstəmli öncə, yenidən Azərbaycanı bu müsabiqədə təmsil etmək istəyindən söz açıb:

“İkinci dəfə Avroviziyada təmsil etməklə bağlı izləyicilərimlə aramda narazılıq yarandı. Dedim, 2 il ardıcıl istəmirəm. Sevənlərim incidi ki, sanki onları saymıram. Dedim, yaxşı siz deyən olsun. Amma yenə də deyirəm, ardıcıl təmsil etmək özümə qəribə gəlir, sanki əl çəkmirəm. Təklif gözləyirəm, çünki bəzi şeylər ürəyimdə qalıb. Amma bilmirəm ki, bu hansı il olacaq”.
Nadirlə Eldarln dueti də gözlənilir:
“Eldar Qasımovla duet gözlənilir. Onunla yaxşı dost münasibətim var, tez-tez görüşürük”.
Bundan əlavə, ifaçı aparıcı Samir Bayramlının “Eurovision”a gedib gələnlərdə belə bir fikir var ki, biz ora gedib dünya ulduzu münasibəti görürük, gəlib boşluğa düşürük, bilmirik nə edək” fikrinə də aydınlıq gətirdi:
“Məndə də oldu. Bir çox təmsilçilərimiz daha sonra xaricə üz tutdular baxmayaraq ki, qınaq obyektinə çevrildilər. Haqlı səbəbləri var idi. Mənim başqa ölkəyə köçüb orda sənətimi davam etdirmək kimi bir fikrim yoxdur. Sadəcə iş görüşləri ola bilər”.

Nadir də, hesab edir ki, ifa tərzi Elnur Hüseynova çox bənzədiliir:

“Oxumaq tərzimi Elnur Hüseynovla tez-tez oxşadırlar. Onunla tanışlıq var, bu barədə də danışmışıq.” Səs Azərbaycan”da onun mahnısını ifa etmişdim. Elnura həmin nəğməni göndərib deyirdilər ki, burda sənə bənzər biri var. Avroviziya vaxtı da mənə öz məsləhətlərini vermişdi. Onu “O Səs Türkiyə” dən sonra tanıdım. Mən Avroviziyaya 2011- ci ildən baxdım. Elnur 2008-də təmsil edəndə mənim 8 yaşım var idi. “Gülür”. Elnurun ifalarına baxıb çox şey öyrənmişəm. Zamanla sevdiyim artistə çevrilməyə başladı. Ona bənzədilmək mənə xoş gəlməyə başladı. Amma heç vaxt istəmirdim ki, Elnur Hüseynova bənzəyən oğlan kimi yadda qalam. Əsas odur ki, Nadir Rüstəmli olum!”