Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.
Elmir Vəliyev hazırda “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.
Məsələ ilə bağlı unikal.org Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovla əlaqə saxlayıb. İdarə sədri bildirib ki, Elmir Vəliyev “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyində sədr vəzifəsini icra etmir. O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.
Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri seçilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!