01.04.2022 - 15:15
Siyasət 1 baxış

Elmar Məmmədyarov: “Mən Nostradamus deyiləm”

“Mən Nostradamus deyiləm ki, 5 ildən və ya 50 ildən sonra bu vəziyyətlərin necə olacağını bilim”.

Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən deyib.

Onun sözlərinə görə, separatçıların fəaliyyətinə baxılanda bilinir ki, onların gələcəyi yoxdur:

“Oradan çəkilişlər yayılır və görünür ki, onlar necə vəziyyətdədirlər. İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri, böyük inkişaf onlara ciddi dərs olacaq. Ermənilərin Azərbaycan vətəndaşı olmağı seçməsi bir qədər zaman alacaq. Çünki Çeçenistan müharibə etdi, amma sonda anladı ki, Rusiyanın tərkibində qalsa, inkişaf olacaq. İndi də Qarabağda mövcud vəziyyəti görürük”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: